2019/20 mövsümündə icarə əsasında "Qalatasaray"da çıxış edən "Roma"nın futbolçusu Steven Nzonzi evlənib.
Fanat.Az xəbər verir ki, fransalı futbolçu türk gözəl Seda Parsekerlə ailə həyatı qurub. Fransadakı nigah mərasimi gizli şəkildə keçirilsə də, fotolar mətbuata sızdırılıb.
Ailə üzvləri və yaxın dostların qatıldığı mərasimdə futbolçulardan Mario Balotelli, Ömer Şihmanoğlu, Manuel Fernandes, Sercan Yıldırım da iştirak edib.
Qeyd edək ki, Steven Nzonzi son mövsümdə icarə əsasında "Renn"də çıxış edib.
Aydın