"Arsenal"ın mərkəz müdafiəçisi Qabriel Maqalyans bu yay "Əl-Nəsr"ə keçə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə “Givemesport” məlumat yayıb.
Mənbənin məlumatına görə, Səudiyyə Ərəbistanı kklubu yayda "topçular"a cəlbedici təklif göndərməyə hazırlaşır. "Əl-Nəsr" braziliyalıya Londondakı qazancından üç dəfə çox - ildə 20 milyon avro maaş təklif edəcək.
İngiltərə nəhəngi 100 milyon avroluq təklif alacağı halda Qabrieli satmağa hazırdır.
Braziliyalı müdafiəçi 2020-ci ildən "Arsenal"da çıxış edir. O, bu mövsüm londonluların heyətində bütün turnirlərdə 41 matça çıxıb və 5 qol, 1 məhsuldar ötürmə müəllifi olub.
Mirağa