İngiltərənin "Mançester Yunayted" klubu yayda heyətində ciddi dəyişiklik reallaşdıracaq.
Fanat.Az xəbər verir ki, məlumatı "The Sun" yayıb.
Mənbənin məlumatına görə, "qırmızı şeytanlar"ın rəhbərliyi 6 futbolçu ilə yollarını ayırmağa qərar verib. Yeni oyunçuların transferi üçün heyətdə yer boşaltmağa və maliyyə vəsait əldə etməyə çalışan Mançester təmsilçisi yollarını ayıracağı oyunçuları müəyyənləşdirib. Söhbət yüksək maaşlı futbolçulardan gedir. Viktor Lindelöf və Kristian Eriksenin müqavilələri başa çatdığı üçün onlarla yolların ayrılacağı dəqiqdir. Bundan başqa, Kazemiro, Maynu, Markus Raşford və Entoni də yol üstədir.
Hazırda portuqaliyalı mütəxəssis Ruben Amorimin çalışdırdığı "Mançester Yunayted" İngiltərə Premyer Liqasının turnir cədvəlində 13-cü pillədə mövqe tutub.
Mirağa