"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandasının Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Real Madrid" üzərində qazandığı 3:0 hesablı qələbədən danışıb.
Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti ispan mütəxəssisin dediklərini belə çatdırıb:
"Möhtəşəm oyun nümayiş etdirəcəyimizə şübhəm yox idi. Hamımız buna inanırdıq. "Gəlin bunu reallaşdıraq" - matçın əsas mesajı belə idi.
Deklan Rays çox qərarlı idi. Biz ona son aylarda deyirdik ki, 2021-ci ildən bəri birbaşa qol vurmuruq. Pauza uzandı, amma kimin ağlına gələrdi?”.
Qeyd edək ki, tərəflər arasında cavab oyunu aprelin 16-da Madriddə baş tutacaq.
Mirağa