AFFA rəhbərliyi veteran futbolçu Yaşar Vahabzadəni 65 illik yubileyi münasibətilə təbrik edib.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katibi Cahangir Fərəcullayev Yaşar Vahabzadə ilə görüşüblər, ona cansağlığı və uğurlar arzulayıblar.
Bu münasibətlə veteran futbolçuya xatirə hədiyyəsi təqdim olunub.