Avrokuboklara vəsiqə qazanmağa yaxın olan "Araz-Naxçıvan" indidən heyətlə bağlı fəaliyyətə başlayıb.
Fanat.Az xəbər verir ki, Naxçıvan təmsilçisi aparıcı müdafiəçisi İqor Ribeyro ilə müqavilənin müddətini uzadılıb.
Məlumatı klubun mətbuat xidməti yayıb.
Oyunu ilə məşqçilər korpusunun etimadını qazanan braziliyalı mərkəz müdafiəçisi 2025/2026 mövsümünün sonuna qədər “Araz-Naxçıvan”ın formasını geyinəcək.
Qeyd edək ki, əsas heyətin daimi üzvü olan Ribeyro 2023-cü ilin avqustundan “qırmızı-ağlar”ın şərəfini qoruyur.