Misli Premyer Liqasının 31-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Neftçi” matçının biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılıb.
Fanat.Az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qiymət 3, 7 və 15 manat aralığındadır.
Biletlər bu gün saat 12:00-dan etibarən “iTicket.az”-da onlayn, oyun günü isə həm “iTicket.az”-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
“Qarabağ” – “Neftçi” qarşılaşması 19 aprel tarixində, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.