La Liqanın 32-ci turunda "Alaves"lə matçda qırmızı vərəqə alan "Real Madrid"in hücumçusu Kilian Mbappenin cəzası müəyyənləşib.
Fanat.Az xəbər verir ki, fransalı forvard oyunun 38-ci dəqiqəsində top uğrunda mübarizə apararkən butsu ilə rəqibinin baldır nahiyəsinə zərbə endirib.
Baş hakim əvvəlcə Mbappeyə sarı vərəqə versə də, videotəkrara baxdıqdan sonra qərarını dəyişərək ulduz futbolçuya "qırmızı" göstərərək meydandan kənarlaşdırıb.
COPE məlumat yayıb ki, İspaniyanın müvafiq qurumu Mbappeni yalnız bir oyunluq cəzalandırılacaq. O, "Real"ın "Atletik"lə çempionat oyunununu buraxacaq.
Kilian Mbappe bu mövsüm Madrid klubunda 47 matça çıxaraq 32 qol vurub və 4 məhsuldar ötürmə edib.
Mirağa