Misli Premyer Liqasının 31-ci turunda "Turan Tovuz"u qonaq edəcək "Araz-Naxçıvan" oyuna ciddi itkilərlə hazırlaşır.
Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, heyətdə 5 zədəli futbolçu var.
Cəzalı oyunçusu olmayan "qırmızı-ağlar"ın heyətində əvvəlki zədəlilərdən geri dönən yoxdur. Bu o deməkdir ki, baş məşqçi Elmar Baxşıyev Mustafa Əhmədzadə, Miço Kuzmanoviç, Bəxtiyar Həsənalızadə, Əyyub Allaş və Sezar Meza Kollinin xidmətindən yararlana bilməyəcək.
Qeyd edək ki, 18 apreldə Mərdəkanda "Liv Bona Dea Arena"da keçiriləcək "Araz-Naxçıvan" - "Turan Tovuz" qarşılaşması saat 19:00-da başlayacaq.
Mirağa