AFFA tərəfindən Azərbaycan Premyer Liqasında çıxış edən komandaların tibbi heyəti üçün UEFA-nın “Football Education Program”ına əsasən “Təxirəsalınmaz tibbi vəziyyətlər və zədələr” (ürək dayanması, anafilaksiya, qıcolmalar, baş zədələri, onurğa döş qəfəsi, üz zədələri) adlı seminar təşkil olunub.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, üç gün davam edən tədbirə Azərbaycan milli komandasının baş həkimi Vyaçeslav Xomenko rəhbərlik edib.
Seminarda həmçinin, yığmanın həkimi Olcay Bayramov da çıxış edib. İlk gündə həkim Cavad Cabbarov da təcrübələrini həmkarları ilə bölüşüb.
Tədbirin keçirilməsində məqsəd komandalarda çalışan həkimlərin biliklərini daha da təkmilləşdirmək, futbolda tez-tez baş verən zədələr və onların UEFA standartlarına uyğun olaraq həlli yolları ilə tanış etmək olub.