Misli Premyer Liqasının 31-ci turunda "Araz-Naxçıvan"ın qonağı olacaq "Turan Tovuz" oyuna itkilərlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında "boz qurdlar"ın sözçüsü Süleyman Tağıyev deyib:
"Məlum olduğu kimi, baş məşqçimiz Kurban Berdiyev cəza səbəbindən texniki zonada olmayacaq. Heyətdə cəzalı futbolçu yoxdur. Əvəzində Denis Marandiçidən başqa, Şəhriyar Əliyevlə Rüfət Əhmədov zədə səbəbindən "Araz-Naxçıvan"a qarşı oynaya bilməyəcəklər".
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Turan Tovuz" qarşılaşması aprelin 18-də keçiriləcək. Görüşün start fiti 19:00-da səslənəcək.
Mirağa