Misli Premyer Liqasının 31-ci turunda "Sabah"ın qonağı olacaq "Səbail" səfər oyununa itkilərlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında paytaxt təmsilçisinin sözçüsü Rəşad Məmmədov deyib:
"Heyətdə futbolçu cəzalı yoxdur. Zədələrə gəlincə, üç oyunçumuz matçda iştirak etməyəcək. Ayman Boali, Cabir Əmirli və Qorka Laruççanın durumu buna imkan vermir".
Qeyd edək ki, - "Səbail" qarşılaşması şənbə günü, aprelin 19-da "Bank Respublika Arena"da baş tutacaq. Oyunun start fiti 17:30-da səslənəcək.
Mirağa