"Neftçi"nin futbolçusu Emil Səfərov əməliyyat olunub.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçuda bazu oynağının təkrari çıxığı aşkarlanıb. Nəticədə o, İstanbulda artroskopik əməliyyat olunub.
Əməliyyatı uğurla başa çatan Səfərovun iki gün sonra Bakıya qayıdaraq müalicə və bərpa prosesinə, təxminən üç aydan sonra isə məşqlərə start verəcəyi bildirilib.
Qeyd edək ki, Misli Premyer Liqasının 29-cu turunda “Şamaxı” ilə səfər matçında zədələnən Emil üçün mövsümün bitdiyini ilk olaraq Fanat.Az xəbər vermişdi.