Ölkə kubokunda yarımfinal mərhələsinin cavab görüşlərindən sonra diqqətlər yenə Misli Premyer Liqasına yönəlir.
Fanat.Az xəbər verir ki, bu gün çempionatın 32-ci turu start götürəcək.
Turun ilk günündə bir oyun baş tutacaq. Açılış matçı Tovuzda reallaşacaq. "Turan Tovuz" doğma meydanda "Şamaxı"nı sınağa çəkəcək. Turnir cədvəlinin əks qütblərindən eyni uzaqlıqda olan komandaların dueli prinsipiallıq daşıyır. Ayxan Abbasov sabiq komandasından xal almaqla, sona 4 Premyer Liqada yerini qorumasını rəsmiləşdirə bilər. "Turan Tovuz" isə avrokubok mücadiləsini davam etdirmək, taleyinin "Qarabağ"ın əlində olmaması üçün ilk "üçlüy"ə düşməyə can atır.
Qeyd edək ki, turun qalan oyunları şənbə və bazar günləri keçiriləcək.
Misli Premyer Liqası
32-ci tur
25 aprel
19.00. “Turan Tovuz” – “Şamaxı”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı, Elşad Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu