İspaniya Kral Kubokunun final görüşü keçirilib.
Fanat.Az xəbər verir ki, turnirin həlledici matçında “Barselona” və “Real Madrid” klubları üz-üzə gəlib.
“Estadio de-la Kartuxa” stadionunda baş tutan görüşün əsas vaxtı məhsuldar heç-heçə ilə başa çatıb - 2:2.
Kataloniya təmsilçisinin heyətində Pedri və Ferran Tores, Madrid nəhəngində isə Kilian Mbappe ilə Orelyen Tçuameni fərqləniblər.
Beləliklə, matçda əlavə vaxt oynanılıb. Artırılan yarım saatda daha bir qoy vurulub. Jül Kunde matçın taleyini penalti seriyasına saxlamayaraq "Barselona"ya 3:2 hesablı qələbə və titul qazandırıb.
"Barselona" tarixində 32 dəfə "Kral Kuboku"nu başı üzərinə qaldırıb.