Misli Premyer Liqasının 32-ci turunda “Sumqayıt”la qarşılaşacaq "Neftçi" oyuna ciddi itkilərlə çıxacaq.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Samir Abasov Sumqayıtdakı matçda 5 futbolçusunun xidmətindən yararlana bilməyəcək.
Əməliyyat olunan Emil Səfərov, uzun müddətdir zədədən əziyyət çəkən Robert Bauer, Ryonosuke Ohori, o cümlədən Rafael Quzzo və Emin Mahmudov bugünkü görüşü buraxacaqlar.
Qeyd edək ki, bu gün, aprelin 28-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək “Sumqayıt” – “Neftçi” oyunu saat 20:00-da start götürəcək.