Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub.
Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti mükafata namizəd olan iki futbolçunun adını açıqlayıb.
Bunlar PSJ-dən Vitinya və "İnter"dən Denzel Dümfrisdir.
Dümfris "Barselona" ilə oyunda (3:3) 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Vitinyo isə parislilərin hücumlarının təşkilində müdafiəyə kömək etməsindəki roluna görə UEFA tərəfindən "Arsenal"la matçın (1:0) ən yaxşı oyunçusu seçilib.