"Barselona"nın yarımmüdafiəçisi Pablo Torre sıradan çıxıb.
Fanat.Az xəbər verir ki, bu barədə Kataloniya komandasının mətbuat xidməti məlumat yayıb.
22 yaşlı yarımmüdafiəçinin sol dizində narahatlıq hiss etdiyi bildirilib. Futbolçunun nə vaxt sıraya dönəcəyi açıqlanmayıb.
Torre bu mövsüm bütün turnirlərdə 14 matçda meydana çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.