Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi ev oyununun yeri və başlama vaxtı müəyyənləşib.
Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, D qrupunun II turu çərçivəsində sentyabrın 9-da Bakıda təşkil olunacaq görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.
Matç saat 20:00-da başlayacaq.
Qeyd edək ki, millimizin qrupdakı digər rəqibləri Fransa və İslandiya olacaq.