Misli Premyer Liqasının 35-ci turunda "Araz-Naxçıvan"la qarşılaşmaya itkilərlə çıxan "Şamaxı" oyuna dəqiqələr qalmış daha bir futbolçusunun xidmətindən məhrum olub.
Fanat.Az-ın Şamaxıya ezam olunmuş əməkdaşının məlumatına görə, braziliyalı hücumçu Maykl Tuik isinmə hərəkətləri zamanı sıradan çıxıb.
Adı ilk "11-lik"də olan forvardın oynaya bilməyəcəyi məlum olub. Belədə, protokolda dəyişiklik edilib. Baş məşqçi Ayxan Abbasov Tuiki yarımmüdafiəçi Murad Vəliyevlə əvəzləyib.
Qeyd edək ki, "Şamaxı" zədəlilər - Rafael Məhərrəmli, Vasiliye Bakiç və Vasiliye Radenoviçin, o cümlədən cəzalı Vladislav Veremeyevin də xidmətindən istifadə edə bilmir.
Hazırda ilk yarısı oynanılan "Şamaxı" - "Araz-Naxçıvan" matçında hesab açılmayıb.
Mirağa