Baş məşqçisi Rud van Nistelroyu qovmağa hazırlaşan "Lester" niderlandlını kiminlə əvəzləyəcəyini müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, informasiyanı “Football Insider” yayıb.
Mənbənin məlumatına görə, “Lester” van Nistelroyun yerinə Russell Martini gətirməyi planlaşdırır. Şotlandiyalı ilə danışıqlar son mərhələdədir.
Martin keçən mövsüm "Sauthempton"u Premyer Liqaya yüksəldib, lakin mövsümə uğursuz start verdiyi üçün 16 turdan sonra qovulub.
Rud van Nistelroy ötən il dekabrın əvvəlində "Lester"in baş məşqçisi olunub. “Tülkülər” onun rəhbərliyi altında finişə bir neçə tur qalmış Premyer Liqada qalmaq şanslarını itirib. Son tur öncəsi komanda 25 xalla 18-ci yerdədir.
Mirağa