"Bayern Münhen"in vingeri Leroy Sane İngiltərə Premyer Liqasına qayıda bilər.
Fanat.Az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Mənbənin məlumatına görə, futbolçu ilə "Tottenhem" maraqlanır. London klubu ilə bağlı variant Leroya cəlbedici gəlib. Çünki klub Avropa Liqasının qalibi olub və Çempionlar Liqasına birbaşa vəsiqə alıb.
Üstəlik, Almaniya millisinin üzvünün Premyer Liqada oynamaq təcrübəsi var. O, bir vaxtlar “Mançester Siti”də çıxış edib.
Sane 2024/25 mövsümündə "Bayern"in heyətində 45 matça çıxaraq 13 qol vurub və 5 məhsuldar ötürmə edib.
Mirağa