Ötən gün baş məşqçi Elmar Baxşıyevlə anlaşan “Araz-Naxçıvan” bu gün 2 futbolçu ilə yeni müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Kristian Avram və İssuf Paro növbəti mövsümdə də "qırmızı-ağlar"ın formasını geyinəcəklər.
Naxçıvan təmsilçisi qolkiperlə 1, müdafiəçi ilə 1+1 il müddətinə anlaşma əldə edib.
Qeyd edək ki, hazırda Moldova millisinin düşərgəsində olan Avram 2023-cü, Paro isə 2024-cü ildən “Araz-Naxçıvan"da çıxış edir.