Növbəti mövsüm Birinci Liqada iştirak edəcək daha bir komanda müəyyənləşib.
Fanat.Az xəbər verir ki, sözügedən iştirakçısın adı bu gün I Liqada 9-cu yeri və II Liqada 4-cü yeri tutan komandalar arasında neytral meydanda keçirilən bir oyundan ibarət pley-off matçında aydınlıq gəlib.
"Difai" və "Haypers Quba" "ASCO Arena"da üz-üzə gəliblər. Birinci Liqa təmsilçisi olan "Difai" İkinci Liqa komandasına 3:1 hesabı ilə qalib gəlib. "Difai"nin heyətində Xəyal Bədirov 15-ci, Ceyhun Muxtarlı 51-ci, Fərid Kərimzadə isə 88-ci dəqiqədə fərqləniblər. Quba təmsilçisinin gücü isə İlqar Ələkbərovun 90+3-cü dəqiqəyə təsadüf edən təsəlli qoluna çatıb.
Beləliklə, "Difai" yenidən Birinci Liqada çıxışına davam edəcək, "Haypers Quba" isə növbəti mövsümdə də İkinci Liqada oynayacaq.