MLS-in "Sent-Luis Siti" klubu Olaf Melberqi baş məşqçi vəzifəsindən azad edib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İsveçli mütəxəssis komandaya ötən ilin dekabrından rəhbərlik edirdi. "Sent-Luis Siti" bu mövsümə zəif başlayaraq 15 oyunda cəmi 11 xal toplayıb.
47 yaşlı Melberq məşqçilik karyerasına 2015-ci ildə başlayıb. O, "Bromopoikarna", "Helsinqborq" və "Fremad" komandalarını çalışdırıb.
Olaf futbolçu kimi klub səviyyəsində AİK, "Rasinq", "Aston Villa", "Yuventus" və "Olimpiakos"da çıxış edib. O, ölkəsinin millisində 117 oyun keçirib və 8 qol vurub.
Mirağa