İngiltərə Premyer Liqasında 2024/2025 mövsümünün rəmzi komandası müəyyənləşib.
Fanat.Az xəbər verir ki, ESPN-in təqdim etdiyi versiyaya görə, ən yaxşılardan ibarət "11-liy"ə 8 klubun oyunçusu daxil edilib.
Maraqlıdır ki, rəmzi komandada ikinci yeri tutan London "Arsenal"ı ilə bürünc mükafatçı "Mançester Siti"dən heç kim yer almayıb.
Qapıçı: Mats Sels ("Nottingem Forest").
Müdafiəçilər: Trent Aleksandr-Arnold, Vircil van Deyk (hər ikisi "Liverpul"), Ceyms Tarkovski ("Everton"), Entoni Robinson ("Fulhem").
Yarımmüdafiəçilər: Yuri Tilemans ("Aston Villa"), Brunu Fernandeş ("Mançester Yunayted"), Kol Palmer ("Çelsi").
Hücumçular: Luis Dias, Məhəmməd Salah (hər ikisi "Liverpul"), Aleksandr İsak ("Nyukasl").
Xatırladaq ki, bu mövsüm “Liverpul” Premyer Liqanın çempionu oldu. Sözügedən komanda İngiltərə futbolunun yüksək liqasında 20-ci titulunu qazanıb.
Mirağa