"Barselona"nın cinah oyunçusu Lamin Yamal gələn mövsüm 19 nömrəli formanı "10 nömrə"yə dəyişəcəyi ilə bağlı xəbərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, 17 yaşlı ulduz futbolçu "Cadena Ser"-ə açıqlamasında məsələyə belə aydınlıq gətirib:
"Gələn mövsüm "10 nömrə"ni geyinəcəm? Mən 19 nömrə ilə oynayıram. Bu, çox xoşuma gəlir. Bu rəqəm mənə çox şans gətirir. Avropa çempionatında uğurlu çıxış etdim və hazırda "Barselona"da çox yaxşı işləyirəm. Komandadakılar bunu dəyişmək istəməyincə, "19 nömrə"ni geyinməyə davam edəcəyəm. "10 nömrə" Ansuya məxsusdur - bu, ona həqiqətən yaraşır".
Qeyd edək ki, "Barselona"da hazırda Ansu Fatinin daşıdığı "10 nömrə" uzun müddət klubun əfsanəvi oyunçusu Lionel Messiyə məxsus olub.
Mirağa