Karyerasını yeni başa vuran İspaniya yığmasının sabiq qapıçısı Pepe Reyna məşqçiliyə başlayıb.
Fanat.Az xəbər verir ki, 42 yaşlı qolkiper "Vilyarreal"la anlaşıb.
O, sözügedən klubun U-19 komandasının baş məşqçisi olacaq.
Qeyd edək ki, Reyna karyerası ərzində "Vilyarreal"la yanaşı, "Liverpul", "Aston Villa", "Bayern Münhen", "Napoli", "Milan", "Latsio", "Barselona" kimi nəhənglərin formasını geyinib.
O, İspaniya millisinin heyətində 2012-ci ildə Ukrayna və Polşada keçirilən Avropa çempionatının qalibi olub.