Dortmund "Borussiya"sının hücumçusu Yussufa Mukoko "Kopenhagen"ə keçməyə yaxındır.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, Kamerun əsilli futbolçunun transfer qiyməti 5 milyon avro olacaq. Almaniya gənclər komandasının hücumçusu bu gün Danimarka klubunda tibbi müayinədən keçəcək.
Mukoko 2024/25 mövsümünü icarə əsasında "Nitsa"da keçirib. O, sözügedən komandada bütün yarışlarda 22 matça çıxaraq 2 qol vurub, 3 məhsuldar ötürmə edib. Futbolçunun "Borussiya" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Xatırladaq ki, ötən ilin dekabrında Mukokonun pasportunun saxta olması ilə bağlı şübhələr yaranıb. Futbolçunun atası oğlunun əslində 4 yaş böyük olduğunu iddia edib.
Mirağa