"Yuventus"un və Fransa yığmasının sabiq futbolçusu Pol Poqba karyerasını ölkəsində bərpa edəcək.
Fanat.Az xəbər verir ki, təcrübəli yarımmüdafiəçinin "Monako"ya keçidi tamamlanmaq üzrədir.
Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat verib.
32 yaşlı futbolçu tibbi müayinədən keçmək və klubla müqavilə imzalamaq üçün tezliklə Monakoya gələcək. Transfer azad agent kimi baş tutacaq. Fransalı ulduzla iki illik - 2027-ci ilin yayına qədər müqavilə imzalanacaq.
Xatırladaq ki, Pol 2023-cü ilin avqustundan bəri oynamır. Dopinqə görə diskvalifikasiya olunan futbolçunun cəza müddəti bu ilin martında başa çatıb, lakin o, hələ də yeni klub tapa bilmir.
Poqba karyerası boyu “Yuventus” və “Mançester Yunayted”də çıxış edib. 2012-2022-ci illər arasında o, Fransa millisinin heyətində 91 dəfə meydana çıxıb, 11 qol vurub. O, Didye Deşamın rəhbərliyi altında DÇ-2018-in qalibi olub.