Portuqaliyanın "Benfika" klubu argentinalı müdafiəçi Nikolas Otamendi ilə anlaşıb.
Fanat.Az xəbər verir ki, Lissabon təmsilçisi rəsmi saytı vasitəsilə kapitanı ilə müqaviləni uzatdığını açıqlayıb.
37 yaşlı futbolçu ilə daha bir mövsümlük - 2026-cı ilin ortalarına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Otamendi "Mançester Siti"də 5 il keçirdikdən sonra 2020-ci ilin sentyabr ayının sonunda "Benfika"ya keçib. O vaxtdan bəri Nikolas 231 oyun keçirib, 15 qol vurub və komanda yoldaşları üçün 10 məhsuldar ötürmə edib.
"Benfika" hazırda klublararası dünya çempionatının 1/8 final mərhələsində "Çelsi" ilə baş tutacaq oyuna hazırlaşır. Komandalar bu gecə qarşılaşacaqlar.