İcarə müqaviləsi başa çatan müdafiəçi Kayl Uoker "Milan"ı tərk edib.
Fanat.Az xəbər verir ki, bu barədə İtaliya klubu sosial şəbəkə hesabı üzərindən məlumat yayıb.
35 yaşlı futbolçu 2025-ci ilin yanvarında "Mançester Siti"dən "rossoneri"yə keçmişdi. O, "Milan"ın heyətində keçirdiyi yarım mövsüm ərzində bütün yarışlarda 16 oyun keçirib, lakin qol vura və ya komanda yoldaşlarına assistentlik edə bilməyib.
Futbolçunun ingilis klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Uoker 2017-ci ildən "şəhərlilər"in şərəfini qoruyur və bu müddət ərzində 6 dəfə Premyer Liqa çempionu olub. "Transfermarkt" müdafiəçinin bazar dəyərini 4 milyon avro qiymətləndirir.