“Neftçi” növbəti transferini rəsmiləşdirib.
Fanat.Az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.
Fransalı vinger İmad Faraj paytaxt təmsilçisinə keçib. 26 yaşlı oyunçu ilə 3 illik müqavilə bağlanıb.
“Lill” akademiyasının yetirməsi olan İmad Fransa, Portuqaliya və Belçika liqalarında oynayıb, sonuncu klubu “AEK Larnaka” ilə Kipr kubokunun qalibi olub. O, Fransanın U-16, U-17, U-18 və U-19 milli komandalarının şərəfini qoruyub.