19:12 22.08.2023 418

“Hər 3 matçda qazanılacaq nəticə əhəmiyyətlidir”

Sabah futzal üzrə UEFA Çempionlar Liqasında ilkin mərhələyə start veriləcək.

Fanat.Az xəbər verir ki, dünən səfərə yollanan ölkə çempionu “Araz-Naxçıvan” Latviyada ilk məşqini reallaşdırıb.

Komandanın kapitanı Emin Kürdov düşərgədəki ab-hava ilə bağlı federasiyanın rəsmi saytına danışıb:

“Oyunların keçiriləcəyi Salaspils İdman Sarayı bizə tanışdır. İki il əvvəl də ilkin mərhələnin oyunlarını bu arenada keçirmişdik. Dünən də həmin məkanda məşqimizi etdik. Yoldan gəlməyimizə və yorğun olmağımıza baxmayaraq, baş məşqçinin dediklərini etməyə çalışdıq. Bu gün oyunöncəsi son çalışmamızı reallaşdıracağıq. Təxminən 1 saat davam edəcək. Yəqin ki, taktiki planda son tapşırıqları yerinə yetirəcəyik”.

Kapitan səfəröncəsi Bakıda keçirdikləri yoldaşlıq oyunlarının əhəmiyyətindən də söz açıb: “Hər iki oyunun bizə çox xeyir oldu. İlk matçda komanda üzvləri arasındakı anlaşılmazlıq sezilirdi. Çünki buna qədər ancaq məşqlər etmişdik, oyun keçirməmişdik. Məşqçilər səhvlərimizi gördü, çatışmazlıqları aşkarladı. İkinci görüş bizim üçün daha yaxşı keçdi. Həmin səhvləri təkrarlamamağa çalışdıq. Baş məşqçinin qeyd etdiyi kimi, oyunlara təxminən 80 faiz hazırıq”.

Təcrübəli qolkiper hər üç görüşə ciddi yanaşmağın vacibliyini qeyd edib: “Düzdür, etdiyi transferlərə və meydan sahibi olduğuna görə əksəriyyət “Riqa”nı əsas rəqib kimi dəyərləndirir. Onlar Argentina millisinin bir neçə üzvü, eləcə də futzalın “Messisi” hesab olunan Rikardinyo ilə anlaşıblar. Amma Almaniya çempionunu da yaddan çıxarmaq olmaz. Bildiyim qədər heyətlərinə 6 braziliyalı futzalçı cəlb ediblər. Onlarla da oyun asan olmayacaq. Ümumiyyətlə hər 3 matçda qazanılacaq nəticə bir-birindən əhəmiyyətlidir”.

Kürdov “Araz-Naxçıvan”ın da Çempionlar Liqasının oyunlarına yaxşı hazırlaşdığını qeyd edib: “Təlim-məşq toplanışı keçirdik, heyətimizə yeni futzalçılar cəlb olundu. Deyərdim ki, yaxşı komandamız var. Həm fərdi planda seçilən, həm də hər mövqedə “ağalıq” edə bilən oyunçular cəlb olunub. Yeganə problem yoldaşlıq matçlarını az keçirməyimiz və meydanda anlaşmanın zəif olması ilə bağlıdır”.

O, məşqçilər korpusu haqda da danışıb: “Hazırkı məşqçilər korpusu yenidir. Düzdür, Rayiç vaxtilə Çempionlar Liqasında məşqçi kimi iştirak edib, yaxşı nəticə qazanıb. “Araz-Naxçıvan”la yeni səhifə açacaqlar. Hər kəsə uğurlar arzulayıram. Məqsədimiz növbəti mərhələyə yüksəlmək, “Araz-Naxçıvan”ın əvvəlki nüfuzunu geri qaytarmaq, Azərbaycan futzalına əlavə reytinq xalları qazandırmaqdır. Bakıya qrup lideri kimi qayıtmaq üçün əlimizdən gələni edəcəyik”.

Ölkə çempionu sabah “İstanbul Şişli”, ertəsi gün “Yan Regensburq”, avqustun 26-da isə “Riqa” ilə üz-üzə gələcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da -RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X