Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva 2024-cü il dünya çempionatının seçmə mərhələsinin püşkünü dəyərləndirib.
Fanat.Az xəbər verir ki, Braziliyalı mütəxəssis 6-cı qrupda yığmamıza rəqib olan Polşa və Yunanıstan barədə fikirlərini bölüşüb:
"Çətindir, indi komandaların hamısı güclənib, iddiaları artıb. Eləcə də, “Araz-Naxçıvan” 2 il əvvəl Yunanıstan klubuna qarşı oynamışdı. Klub səviyyəsində duelimiz uğursuz alındı, milli ilə iki görüşdə qələbə qazanıq. Onlar bizim oyun üslubumuzu, futzalçılarımızın gücünü, potensialını bilirlər. Əlbəttə, biz də bu komanda haqqında məlumatlıyıq. Baş məşqçi Giannis Ziavas uzun müddətdir ki, bu vəzifəni icra edir. O, həm də AEK klubuna başçılıq edir. Bu komanda millinin özəyini təşkil edir.
Fikrimcə, Avropada sürətlə inkişaf edən millilərdəndir. Onların əksər oyunçuları başqa ölkələrin çempionatlarında çıxış edir. Heyətləri təcrübəli və gənc futzalçıların sintezindən qurulub. Kifayət qədər güclü rəqibdir. Onların sonuncu Avropa çempionatının final mərhələsində iştirak etməsi də bunun göstəricisidir. Əlbəttə, Azərbaycan millisi də qitənin ən güclü, rəqibləri üçün çətin komandalandan biridir. Yaxşı hazırlıq keçəcəyik. Qarşıya məqsəd qoyulub: elit-raunda yüksəlməliyik".