15:58 06.10.2022 273

"Yalnız qələbə haqda düşünürük" - Tyaqo

DÇ-2024-ün əsas mərhələsi çərçivəsində sabah ilk oyununa çıxacaq Azərbaycan millisi Polşa ilə qarşılaşacaq. 

Fanat.Az xəbər verir ki, hazırlığını Bakı İdman Sarayında davam etdirən komandamız dünən tam heyətlə məşq edib. 

Millinin əsas qol silahı Tyaqo Bolinya federasiyanın mətbuat xidmətinə müsahibə verib.

- Oyuna qədər cəmi bir məşq qaldı. Komandada vəziyyət necədir?

- Əvvəla yenidən burada olmaqdan, Azərbaycan millisinin formasını geyinməkdən məmnunam. Atmosfer çox yaxşıdır. Bütün heyət üzvləri məsuliyyətlə və ciddi hazırlaşır. İşləmək üçün vaxtımız azdır, amma rəqibi doğma meydanda qəbul edəcəyik. Ona görə də yaxşı oynamalı, zala təşrif buyuracaq, eləcə də televiziya qarşısında bizi izləyəcək azarkeşlərimizi sevindirməliyik.

- Baş məşqçini bir neçə futzalçının zədəli olması, bir qisminin isə məşqləri yeni bərpa etməsi narahat edir...

- Eduardo Borges və Ramiz Çovdarov komandamız üçün hər zaman vacib oyunçulardır. Amma səbəblər hər zaman olur. Bəli, özüm istirahətdə idim, cəmi iki həftədir məşqlərə başlamışam. Qalo və Fineo da həmçinin. Ancaq komanda olaraq potensialımız böyükdür, oyunçu yoldaşlarıma inanıram.

- Polşa yığmasının oyununu izləmisənmi?

- Braziliya ilə yoldaşlıq oyununu izləmişəm. Çox yaxşı oynadılar. Sloveniya və Portuqaliya ilə də görüşüblər. Güclüdürlər, meydanda çox hərəkət edirlər. Son iki Avropa çempionatında iştirak etmələri də inkişafda olduqlarını göstərir. Amma bizim komanda da təcrübəli futzalçılardan qurulub. Üstəlik, doğma meydanda oynayırıq. Yalnız qələbə haqda düşünürük.

- Federasiya prezidenti komanda ilə görüşdə nə dedi?

- Dedi ki, komandaya həmişəki kimi inanıram, çıxın mübarizə aparın və qarşıdakı 2 oyunda 6 xal qazanın.

- Klubda işlərin necə gedir?

- “Sportinq Paris” Fransa çempionudur və bu ay Çempionlar Liqasında iştirak edəcək. Komanda yoldaşlarımı yaxşı tanıyıram. Orada olmaqdan məmnunam. Qarşıya ciddi məqsədlər qoyulub. Xüsusilə də ÇL-də uğurlu çıxış etmək istəyirik. Maraqlıdır ki, qrupumuzda yer alan digər klubların heyətində milli komandadakı yoldaşlarım da var. Eduardo Borges və Rafael Vilela ilə bu dəfə rəqib kimi üz-üzə gələcəyik. Çox çətin olacaq. Ancaq heyətimiz güclənib, yaxşı qapıçı dəvət olunub, Fineo və daha bir braziliyalı oyunçu ilə anlaşıblar.

Qeyd edək ki, Azərbaycan - Polşa oyunu oktyabrın 7-də, saat 20:00-da Bakı İdman Sarayında keçiriləcək. 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X