Azərbaycanın sərbəst güləş üzrə millisinin baş məşqçisi Xetaq Qazyumov Fransanın paytaxtı Parisdəki Yay Olimpiya Oyunları öncəsi son hazırlıq prosesini dəyərləndirib.
Fanat.Az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə danışan mütəxəssis hazırlıqların plan üzrə getdiyini bildirib:
"Hazırlıq prosesi plan üzrə gedir. Olimpiada üçün son təlim-məşq toplanışıdır. Güləşçilərimiz qələbəyə köklənib. Ümid edirəm ki, olimpiya oyunlarında ən yaxşı çıxışlarını nümayiş etdirəcəklər. Artıq bir həftə qalıb. Yoxlama görüşləri keçirəcəyik. İnanıram ki, toplanışı zədəsiz başa vuracağıq. Sonra olimpiadaya bayramı başlayacaq".
Qeyd edək ki, Paris-2024-də güləş yarışları avqustun 5-də start götürcək.