"Azərbaycana mənə bu şansı yaratdığı üçün təşəkkürümü bildirirəm. Bu medal mənim üçün qızıla bərabərdir. Azərbaycan Güləş Federasiyasına, məşqçilərimizə, həkim və masajçımıza, sparrinqlərimə minnətdaram. Hər kəsə çox sağ ol deyirəm".
Fanat.Az xəbər verir ki, bu sözləri Parisdə keçieilən Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili deyib.
"Biz bir komandayıq. Bir ailəyik. Azərbaycanı öz doğma vətənim sayıram. Burada özümü qonaq kimi hiss etmirəm. Yarımfinalda məğlub olduğum Geno Petriaşvili çox güclü idmançıdır. Bunu finalda da göstərdi. Onu da təbrik edirəm. Bu dəfə bürünc medal qazandım. Artıq indidən növbəti yarışa çıxmağı səbirsizliklə gözləyirəm. Özümü buna tam kökləmişəm".