Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda monqolustanlı Otqonjarqal Dolqorjavla qarşılaşıb.
Yekun hesab 4:4 olsa da, Dolqorjavl sonuncu xal prinsipinə əsasən qalib gəlib. Monqolustan idmançısı finala yüksəlməyi bacarsa, Mariya təsəlliverici qarşılaşmada mübarizə aparacaq.
Nihat