10:08 26.04.2021 833

Eldəniz Əzizli: "Ruhdan düşmürəm"

Eldəniz Əzizli (55 kq) ardıcıl 4-cü, ümumilikdə 5-ci dəfə Avropa çempionatında fəxri kürsüyə qalxdı.

Fanat.Az xəbər verir ki, bununla da yunan-Roma güləşçilərimiz arasında qitə birinciliyində ən çox medal qazanan Həsən Əliyevə çatdı.

Növbəti dəfə Avropa üçüncüsü olan 29 yaşlı pəhləvanımız Azərbaycan Güləş Federasiyasının saytına verdiyi açıqlamada Varşavadakı çıxışını belə dəyərləndirib:

"Yaxşı formada idim. Yarışa yaxşı hazırlaşmışdım. Yəqin ki, görüşləri izlədiniz. Müəyyən qədər hakimlərin, müəyyən qədər də öz səhvlərimdən çempion ola bilmədim. Ancaq ruhdan düşmürəm. Dünya çempionatına hazırlaşıb, nəticəmi daha da yaxşılaşdırmağa çalışacağam.

Son 4 ildə bütün AÇ və DÇ-lərdə medal qazanmışam. Yunan-Roma güləşində heç vaxt belə bir şey olmayıb. Düzdür, məndən gözlənti həmişə böyük olur. 2019, 2020 və bu il əldə etdiyim bürünc medalların hamısı qızıl ola bilərdi. Ancaq qismət belə imiş. Digər yarışlarda çempionluğu əldən verdiyim üçün hardasa səbəblər tapmaq olardı. Ancaq bu yarışa çox yaxşı hazırlaşmışdım. Çəkisalmada heç bir problem olmamışdı. Özümü çox gümrah hiss edirdim. Yarımfinalda Rusiya güləşçisiylə görüşü də düzgün qurmuşdum. Son 10 saniyədə qələbə heç nədən əlimdən çıxdı. Yoxsa finalda rahat çempion olacaqdım. Çempionluğu əldən verdiyim üçün təəssüflənirəm.

Yarımfinal sindromu yaşadığımı düşünmürəm. Bu mərhələyə çatanda da üzərimdə hər hansı psixoloji təzyiq hiss etmirəm. Sadəcə, qismətdir, belə alınır”.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

Facebookdan bizi izləməyi unutmayın.
X