Yaponiyanın Tokio şəhərində keçiriləcək Olimpiya Oyunlarında iştirak edəcək güləş üzrə milli komandamızın üzvləri hazırda Göygöldə məşq edir.
Fanat.Az xəbər evrir ki, iyulun 15-də yunan-Roma güləşçilərimiz Bakıya qayıdacaq. Ayın 18-də isə sərbəst güləşçilər və qadın idmançılar paytaxta dönəcək.
Güləşçilər son günə qədər - iyulun 27-dək Olimpiya Güləş Mərkəzində məşqləri davam etdirəcəklər. Ayın 25-də və 26-da olimpiyaçılar test verəcəklər. Heç bir problem çıxmasa, idmançılarımız ayın 27-də günorta saatlarında Yaponiyaya yollanacaqlar. Nümayəndə heyəti Bakı-İstanbul-Tokio reysiylə uçacaq.