17:11 03.08.2021 1256

Rafiq Hüseynovun atası: "Əsas da ermənini udduğuna görə sevinirəm"

"Rafiq Tokioya qızıl medal ardınca getmişdi. Biz ondan çempionluq gözləyirdik. Ancaq "bürünc"ə də min şükür".

Bunu Fanat.Az-a Azərbaycana Tokio 2020 Yay Olimpiya Oyunlarının bürünc medalını qazandıran Rafiq Hüseynovun atası Radik Hüseynov deyib.

Yunan-Roma güləşçimizin həm də şəxsi məşqçisi olan ata, oğlunun illərdir Olimpiya medalı arzusu ilə yaşadığını bildirib: "Rafiqin Avropa, dünya medalları var idi. Bircə Olimpiya medalı çatmırdı. Biz ondan çempionluq gözləyirdik. Çünki yarışa çox yaxşı hazırlaşmışdı. Qırğızıstan güləşçisi Rafiqin uda biləcəyi rəqib idi. Hakimlər həmin görüşdə rəqibin ayaqla fənd işlətməsini görməzdən gəldilər. Bizim baş məşqçi o məqama görə etirazını bildirməliydi, amma etmədi. Neyləmək olar, Olimpiya Oyunlarının bürünc medalı da böyük uğurdur. Rafiq mənim ən böyük arzumu yerinə yetirdi". 

Medalın Ermənistan güləşçisi üzərində qələbə sayəsində əldə olunmasının əhəmiyyətini vurğulayan Radik Hüseynov görüşdən öncə keçirdiyi narahatlıqdan danışıb:  "Ermənistan güləşçisi ilə qarşılaşacağına görə çox narahat idim. Ona görə yox ki, onu Rafiqdən güclü bilirdim, sadəcə, bu, idmandır, olmazdı belə, olardı başqa cür. Bir belə əziyyətin axırının erməniyə uduzmaq olması bizi çox üzərdi. Əsas da ermənini udduğuna görə sevinirəm".

Qeyd edək ki, ilk görüşdə (1/8 final) isveçli Aleks Kessidisi sonuncu xal prinsipinə əsasən məğlubiyyətə uğradan (1:1) Rafiq Hüseynov (77 kq) növbəti mərhələdə qırğıstanlı Akjol Mahmudova uduzub (1:9). Rəqibin finala yüksəlməsi sayəsində təsəlliverici görüşlərə qatılan 33 yaşlı ikiqat Avropa çempionumuz əvvəlcə tunisli Lamjed Maafiyə (9:0), "bürünc" uğrunda həlledici qarşılaşmada isə Ermənistan təmsilçisi Karapet Çalyana(4:1) qalib gələrək ölkəmizin hesabına 32-ci Yay Olimpiya Oyunlarının üçüncü medalını yazdırıb.
 
Sahib Əsədbəyli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

26 İyun 2025
23:18

Cikiyanın agenti müştərisinin Türkiyə klubu ilə müqavilə bağladığını təsdiqlədi

22:46

Voltemade İspaniya nəhənginə keçməyə yaxındır

22:23

Niderlandlı müdafiəçi İPL klubunda - RƏSMİ

21:40

Məşhur ukraynalı karyerasını bitirir

21:15

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

21:03

"Neftçi" heyətinə yeni legioner cəlb etdi - RƏSMİ

20:47

"Bəlkə də yeni formatda keçirilən yarışın qalibi adını qazanan ilk komanda olacağıq" - Xabi Alonso

20:22

"Arsenal" "Real"ın istədiyi istedadla müqavilə yenilədi - RƏSMİ

19:55

"Azarkeşlərin hayqırtısını eşidəcəyim anı gözləməyə səbrim çatmır" - "Liverpul"un yeni transferi

19:10

"Portu"nun ABŞ-dəki uğursuzluğu fanatları hiddətləndirdi - Anselmi qovula bilər

18:46

Yuran azərbaycanlı iş adamının klubuna rusiyalı futbolçuları gətirmək istəyir

18:17

Vinisius "Real"la müqaviləsini yeniləmədi - SON DURUM

17:49

Mbappe "Zalsburq"la oyunu da kənardan izləyəcək

17:16

Mbappe şikayət etdi, Paris prokurorluğu araşdırmaya başladı

16:43

"Liverpul" heyətinə macar futbolçu qatdı - RƏSMİ

16:14

"Bu, yuxu kimi idi" - "İnter"də ilk qolunu vuran Espozito

15:52

Qvardiola Eçeverrinin sıradan çıxdığını açıqladı

15:13

"Sabah" yarımmüdafiəçisi ilə müqavilə yenilədi - RƏSMİ

15:02

"Karvan" daha iki futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

14:44

"Olimpik Lion"un 20 yaşlı hücumçusu İtaliya klubuna keçməyə yaxındır

14:04

"Neftçi" Emil Balayevi heyətdə saxladı - RƏSMİ

13:50

İsak "Nyukasl" tarixinin ən ödənişli futbolçusuna çevrilə bilər - Maaşı açıqlandı

13:09

Bakıda "Star Cup Azerbaijan" turnirinin təqdimatı keçirildi

12:50

"12 il idi ki, belə yarışlar keçirə bilmirdik" - İsgəndər Cavadov

12:30

"Olimpik Lion"u Liqa 1-də əvəz edəcək komanda müəyyənləşdi

12:03

Dizindən əməliyyat olunan futbolçu öldü

11:38

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:16

"Yuventus" "Mançester Siti"yə qarşı, "Real Madrid" qrupdan çıxa biləcək?

10:51

"Barselona"nın futbolçusu karyerasını Bundesliqada davam etdirəcək

10:25

Avropa çempionatında finalçılar bilindi - Son çempion Almaniyaya qarşı

09:28

"Kimsə mənim kimi 90 dəqiqə istidə qaça bilirsə..." - Tomas Müller

09:00

"İnter" "River Pleyt"ə qalib gəldi, Serxio Ramosun komandasını da 1/8 finala daşıdı

08:00

Azərbaycan Ordusunun yaranmasından 107 il ötür

01:29

Klublararası dünya çempionatı: "Borussiya" və "Fluminense" 1/8 finalda

00:08

Azərbaycan atletlərindən AÇ-nin son günündə 4 medal

25 İyun 2025
23:55

Şota Arveladze Super Liqa klubu ilə müqavilə bağladı - RƏSMİ

23:10

Azərbaycanın 6 güləşçisi AÇ-nin finalında

22:48

"Neftçi" hazırlığa başladı

22:20

Azərbaycanın U-16 millisi "Airom Cup"un qalibi oldu

21:51

Azərbaycanın güləş üzrə U-20 millisinin AÇ üçün heyəti bəlli oldu

Facebookdan bizi izləməyi unutmayın.
X