22:28 22.06.2022 631

Yunan-Roma güləşçilərimiz İtaliyada 4 qızıl medal qazandı

Azərbaycanın 4 yunan-Roma güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən Matteo Pellikone turnirində qızıl medal qazanıb.

Fanat.Az xəbər verir ki, Murad Məmmədov (60 kq) finalda komanda yoldaşı Eldəniz Əzizlini, Taleh Məmmədov (63 kq) moldovalı dünya və Avropa çempionu Viktor Çiobanunu, Həsrət Cəfərov (67 kq) türkiyəli Furkan Yıldızı, İslam Abbasov isə macar Erik Silvaşini yenərək yarışın baş mükafatına sahib çıxıblar.

Finaldakı digər təmsilçimiz Sabah Şəriəti (130 kq) məşhur Türkiyə pəhləvanı Rza Kayaalpa uduzaraq "gümüş"lə kifayətlənib. 

Nihat Məmmədli (60 kq) ilə Beka Kandelaki (130 kq) isə fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər.

Beləliklə, Azərbaycan yunan-Roma güləşi millisi ilk yarış gününü 4 qızıl, 2 gümüş, 2 bürünc medalla başa vurub.

*** 16:21

İtaliyanın paytaxtı Romada güləş üzrə Matteo Pellikone turniri start götürüb.

Fanat.Az xəbər verir ki, ilk yarış günündə 55, 60, 63, 67, 87, 97 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə başlayıb.

60 kq-da iştirakçılar 2 qrupa bölünüb. A qrupunda yer alan güləşçilərimizdən Murad Məmmədov ilk turda türkiyəli Ekrem Öztürkə (14:1), Nihat Məmmədli isə amerikalı İldar Hafizova (9:4) qalib gəlib. İkinci turda güləşçilərimiz bir-biriylə qarşılaşıb. Daha təcrübəli Murad 7:1 hesablı qələbə əldə edib. Sonuncu turda Nihat Ekrem Öztürkü (11:0), Murad isə İldar Hafizovu (9:0) çətinlik çəkmədən məğlub edərək yarımfinala yüksəliblər. 
B qrupunda yer alan Eldəniz Əzizli startda rumıniyalı Teodor Horataunu çətinlik çəkmədən məğlub edib - 8:0. Dünya və Avropa çempionumuz növbəti görüşdə 2018-ci ildə qitə birinciliyinin finalında qalib gəldiyi Helari Maeqisaluya (Estoniya) tam üstünlüklə (10:0) qalib gəlib və adını yarımfinala yazdırıb.
Murad yarımfinalda Helarini (9:4), Eldəniz isə Nihatı (9:0) üstələyib. 

63 kq-da A qrupunda qərarlaşan Taleh Məmmədov ilk görüşdə moldovalı dünya və Avropa çempionu Viktor Çiobanuyla bacarmayıb. Məmmədov ikinci turda amerikalı Deyvid Telkeyə tam üstünlüklə qalib gəlib - 10:0. Taleh yarımfinalda rumıniyalı Razvan Arnauta gücünü göstərib - 4:1.

Həsrət Cəfərov (67 kq) təsnifat mərhələsində macar Erik Torbanı vaxtından əvvəl məğlub edib - 8:0. Cəfərov 1/4 finalda isveçli Niklas Oehlenə də aman verməyib - 9:0. Həsrət yarımfinalda 23 yaşadək güləşçilər arasında dünya ikincisi Məhəmməd Cavad Rezaiyə (İran) qalib gələrək adını finala yazdırıb. 

İslam Abbasov (87 kq) ilk mərhələdə estoniyalı Ranet Kaljoladan güclü olub - 5:0. Abbasov 1/4 finalda macar İştvan Takaçı yolundan kənarlaşdırıb - 10:4. İslam yarımfinalda dünya ikincisi Aleks Kessidisə (İsveç) qalib gəlib - 2:0.

97 kq-da təmsilçilərimiz 1/8 finalda üz-üzə gəlib. Arif Niftullayev cərimə xallarıyla Murat Lokyayevi üstələyib - 2:0. Niftullayev 1/4 finalda macar Aleks Şokeyə 1:3 hesabıyla uduzub.

Sabah Şəriəti (130 kq) ilk görüşdə 23 yaşadək güləşçilər arasında son Avropa çempionu Dariuş Attila Vitekə (Macarıstan) heç bir şans tanımayıb - 8:0. Şəriəti 1/4 finalda amerikalı Kolton Şults üzərində də təmiz qələbə qazanıb - 10:0. Bu mərhələdən mübarizəyə qoşulan Beka Kandelaki isə litvalı Romas Fridrikasa qalib gəlib - 4:0. Yarımfinalda təmsilçilərimiz üz-üzə gəlib. Sabah sonuncu xal prinsipinə əsasən (1:1) finala vəsiqə qazanıb.

Qeyd edək ki, medal qarşılaşmaları Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

Facebookdan bizi izləməyi unutmayın.
X