Azərbaycanın tanınmış sərbəst güləşçisi Hacı Əliyev V İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, üçqat dünya və üçqat Avropa çempionunun adı 9-18 avqustda Türkiyənin Konya şəhərində keçiriləcək sözügedən yarış üçün sərbəst güləş millisinin heyətinə daxil edilib.
Yığmanın tam heyəti yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, ötən il Tokio Olimpiadasında gümüş medal qazanan 31 yaşlı idmançı bu il Macarıstanda keçirilən Avropa çempionatında da fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Sahib