14:20 31.08.2022 1022

"Belqrada Fərid Mansurovun rekorduna çatmaq üçün gedəcəyəm" - Dünya çempionu

Azərbaycan yunan-Roma güləşi millisinin üzvü, dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizlinin Fanat.Az-a müsahibəsi

- Eldəniz, 10-18 sentyabrda Serbiyanın paytaxtı Belqradda növbəti dünya çempionatı keçiriləcək. Mundiala necə hazırlaşırsınız?
- Bildiyiniz kimi, dünya çempionatından əvvəl Türkiyədə İslam Həmrəyliyi Oyunlarına qatılıb qızıl medal qazandım. İlin əvvəlində də dörd illik aradan sonra Avropa çempionu olmuşdum. Birincilik seriyasını ilin əsas yarışı olan dünya çempionatında da davam etdirmək istəyirəm. Məqsəd birbaşa çempionluqdur. Mən yunan-Roma güləşində dünya və Avropa çempionatlarındakı medal sayına görə Azərbaycan rekordçusuyam. Amma bu vaxtadək yalnız Fərid Mansurov iki dəfə dünya çempionu olub. Belqrada Fərid Mansurovun rekorduna çatmaq üçün gedəcəyəm. Yüksək səviyyəli təlim-məşq toplanışları keçmişik. Düşünürəm, yaxşı formadayam.

- Son illərdə əsasən Rusiya güləşçiləri ilə görüşlərdə çətinlik çəkirdiniz. Şimal qonşularımızın məlum səbəbdən yarışa qatılmaması məqsədə gedən yolda işinizi nə dərəcədə asanlaşdıracaq?
- Açıq danışmaq lazımdırsa, Rusiya güləşçilərinin olmaması tək mənə görə yox, demək olar, yığmanın bütün üzvləri üçün avantajdır. Əvvəlki yarışların komanda hesabındakı yekunları da göstərir ki, ruslar bütün ölkələr üçün əsas rəqibdir. Lakin güləşi izləyən hər kəs bilir ki, mən rus idmançısıyla görüşlərdə həmişə başabaş güləşmişəm. Məsələn, ötənilki Avropa çempionatında sona 10 saniyə qalmış qələbəni əldən vermişdim. Yəni rus güləşçi gəlsəydi belə, mən yenə də sadəcə çempionluq barədə düşünəcəkdim.

- Rus idmançının yoxluğunda əsas rəqibləriniz kimlər olacaq?
- Gürcüstanlı dünya çempionu Nuqzar Tsurtsumiya, son Asiya çempionu Yaponiya güləşçisi güclü rəqiblərdirlər. Sonuncu İslamiadada güləşdiyim Qazaxıstan idmançısı da asan rəqib sayılmaz.

- Tokio-2020 tsiklində Olimpiada ilə bağlı demək olar ki, iddianız nəzərə çarpmadı. Bu dəfə necə olacaq: Yenə sadəcə qeyri-olimpiya çəkisindəki uğurlarla kifayətlənəcəksiniz, yoxsa artıq rekord sayda dünya və Avropa mükafatlarınızın yanında bir olimpiya medalınının da olmasını istəyirsiniz?
- Həmişə demişəm ki, Olimpiadaya lisenziya qazanmağın özü belə, böyük uğurdur. Əlbəttə, mən də, nəhayət, Olimpiada həyəcanı yaşamaq istərdim. Çəkimi dəyişməyim dünya çempionatındakı nəticəmdən asılı olacaq. Çempion olsam, artıq yeni macəra haqda düşünmək olar. Yox əgər uduzsam, olimpiya çəkisi olan 60-a keçməyin bir adı olmayacaq.

- Neçə illərdir ki, öz çəki dərəcənizdə millinin şəksiz liderisiniz. Builki gənclər arasında dünya və Avropa çempionatlarında qızıl medal qazanan Nihad Quluzadə yaxın zamanda sizə rəqib ola bilərmi?
- Yaxın zaman üçün düşünmürəm. Amma istedadlı idmançıdır. Gənclərdə dünya və Avropa çempionu olubsa, bu, o deməkdir ki, potensialı böyükdür. Bəlkə bir il sonra mənimlə rəqabət apara bilər.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

Facebookdan bizi izləməyi unutmayın.
X