19:48 11.09.2022 4445

DÇ: Azərbaycan güləşçilərini finala buraxmadılar

Azərbaycanın üç yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb. 

Fanat.Az xəbər verir ki, Taleh Məmmədov (63 kq) bu mərhələdə serbiyalı Sebastyan Nadla üz-üzə gəlib və rəqibinə 0:5 hesabı ilə uduzub. 

Digər təmsilçilərimiz də finalın bir addımlığında büdrəyib. Həsrət Cəfərov (67 kq) ev sahibi ölkənin digər təmsilçisi Mate Nemeşə 2:5 hesabıyla, Arif Niftullayev (97 kq) bolqarıstanlı Kiril Milova "tuşe" ilə uduzub. 

Hər üç "klassik" sabah bürünc medal uğrunda güləşəcək.

Qeyd edək ki, bu gün Eldəniz Əzizli (55 kq) və Ülvü Qənizadə (72 kq) final duelinə çıxacaq. Eldəniz həlledici görüşdə gürcüstanlı Nuqzari Tsurtsumiya ilə, Ülvü Serbiya təmsilçisi Ali Arsalan ilə üz-üzə gələcək. Medal görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

***

Azərbaycanın üç yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

Fanat.Az xəbər verir ki, Taleh Məmmədov (63 kq) 1/8 finalda latviyalı Aleksandr Yurkyans üzərində əzmkar qələbə qazanıb - 7:3. Təcrübəli güləşçimiz 1/4 finalda son olimpiya çempionu, kubalı Luis Alberto Sançesi də 3:1 hesabıyla yenərək yarımfinala adlayıb.

Həsrət Cəfərov (67 kq) ilk mərhələni güləşmədən adlayıb. Meksikalı Dieqo Martines yarışöncəsi zədələndiyi üçün həmyerlimiz birbaşa 1/8 finala yüksəlib. Cəfərov bu mərhələdə yaponiyalı Katsuaki Endoya heç bir şans tanımayıb - 9:0.  Ardınca çinli Husiyetu Husiyetu ilə qarşılaşan 19 yaşlı idmançı rəqibini 7:0 hesabıyla üstələyərək yarımfinala yüksəlib.

Arif Niftullayev (97 kq) debütdə son Avropa çempionatının bürünc medalçısı Daniel Qastla (Avstriya) 3:2 hesabıyla qalib gəlib. Niftullayev 1/8 finalda litvalı Vilius Laurjnaytisi tam üstünlüklə (8:0) yenib, ardınca macarıstanlı Aleks Sokeyə eyni aqibəti yaşadıb (10:2).

Rafiq Hüseynov (82 kq) 1/8 finalda yaponiyalı Yuya Okajima üzərində 7:1 hesablı qələbə qazansa da, sonrakı dueldə özbəkistanlı rəqibi ilə bacarmayıb.

Taleh yarımfinalda Sebastyan Nadla (Serbiya), Həsrət Mate Nemeşlə (Serbiya), Arif isə Kiril Milovla (Bolqarıstan) üz-üzə gələcək.

Yarımfinal qarşılaşmalarına saat 18:45-də start veriləcək.

Bu gün həmçinin Eldəniz Əzizli (55 kq) və Ülvü Qənizadə (72 kq) final duelinə çıxacaq. Eldəniz həlledici görüşdə gürcüstanlı Nuqzari Tsurtsumiya ilə, Ülvü Serbiya təmsilçisi Ali Arsalan ilə qarşılaşacaq.

Medal görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

Qeyd edək ki, dünya çempionatına sentyabrın 18-də yekun vurulacaq.

***

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki,  bu gün yunan-Roma güləşi üzrə daha 4 çəkidə mübarizəyə start veriləcək. 

Azərbaycan təmsilçilərindən 63 kiloqram çəki dərəcəsində yer alan Taleh Məmmədov 1/8 finalda Aleksandr Yurkyans (Latviya) / Cordan Kabonqo (Konqo) cütünün qalibi ilə üz-üzə gələcək.

Həsrət Cəfərov (67 kq) 1/16 finalda Dieqo Martinesin (Meksika) müqavimətini qırmağa çalışacaq.

Dünya və üçqat Avropa çempionu Rafiq Hüseynov (82 kq) 1/8 finalda Sultan Damen (İordaniya) / Yuya Okajima (Yaponiya) görüşünün qalibini gözləyir.

Nəhayət, 97 kq-da yarışan Arif Niftullayev 1/16 finalda Daniel Qastl (Avstriya) ilə gücünü sınayacaq.

Görüşlər Bakı vaxtı ilə saat 12:30-da başlayacaq. Yarımfinallara 18:45-də start veriləcək.

Bu gün həmçinin Eldəniz Əzizli (55 kq) və Ülvü Qənizadə (72 kq) final duelinə çıxacaq. Eldəniz həlledici görüşdə gürcüstanlı Nuqzari Tsurtsumiya ilə, Ülvü Serbiya təmsilçisi Ali Arsalan ilə qarşılaşacaq.

Medal görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

Qeyd edək ki, dünya çempionatına sentyabrın 18-də yekun vurulacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X