17:21 17.09.2022 1109

"Yaşım azdır deyə, arxayınlaşa bilmərəm" - MÜSAHİBƏ

Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında 72 kiloqram çəki dərəcəsində gümüş medala sahib çıxan yunan-Roma güləşçisi Ülvi Qənizadənin Fanat.Az-a müsahibəsi

- Ülvi, "gümüş"ü qazandın, ya "qızıl"ı itirdin?
- Dünya çempionatının finalına yüksəlmək hamının arzusudur. Bu, hər idmançıya, güləşçiyə nəsib olmur. Amma final görüşündəki vəziyyəti nəzərə alsaq, deyərdim ki, daha çox "qızıl"ı itirdim. Səhv mənə baha başa gəldi.

- İran əsilli Serbiya güləşçisi ilə finalda üstünlüyün minimal idi. Görüşün sonuna təxminən bir dəqiqə vaxt qaldığını nəzərə alsaq, müdafiəyə oturacağın təqdirdə, hakimlərin ev sahibi ölkə təmsilçisinin xeyrinə qərar qəbul etməsi - sənin passivliyinə görə ona 1 xal verilməsi ehtimalı az deyildi. Hər halda sən də məhz bunu nəzərə alıb yenidən hücuma atılmaq qərarına gəldin.
- Bəli. Üstünlüyümü möhkəmləndirmək istədim ki, hakimlərə heç bir seçim yeri qalmasın. Əsas səhvim onda oldu ki, dörd xallıq fəndə düşdüyüm anda xalçadan kənara çıxıb rəqibə sadəcə bir xal verə bilərdim. Elədə yenidən görüşü xeyrimə dəyişə bilərdim, o fərqi aradan qaldırmaq isə artıq mümkünsüz idi.

- Yığmanın məşqçisi Həsən Əliyev saytımıza müsahibəsində sənin rəqibin də daxil olmaqla, Serbiyadan olan bütün güləşçilərin çəki salmadan mübarizə apardığını iddia edib. Görüş ərzində rəqibin səndən ağır olduğu hiss olundu?
- Həsən Əliyevin fikrinə haqq qazandırıram. Mən adətən parter vəziyyətində rəqiblərimi rahatlıqla qaldırıram. Amma finalda çox çətinlik çəkdim, alınmadı. Göründü ki, çəkisi çox idi. O bir yana, 63 kiloqramda dünya çempionu olan Serbiya təmsilçisi mənimlə birgə 72 kiloda belə güləşib. Yarış vaxtı da 67 kilolardan daha canlı görünürdü. Pərdəarxası o qədər oyunlar gedir ki.

- Həsən Əliyev bütün məsul yarışlar qabağı açıqlamalarında sənin adını həmişə medala əsas namizədlərdən biri kimi çəkib. Hətta final görüşündən öncə sosial şəbəkə hesabında belə bir fikir yazmışdı: "Ülvinin dünya çempionu olmaması özünə qarşı haqsızlıq olar". Lakin sabiq dünya və Avropa çempionu daha əvvəl çatışmayan cəhət kimi liderlik xüsusiyyətlərinin lazımi qədər olmadığını, potensialını doğru dəyərləndirə bilmədiyini vurğulayıb. Buna münasibətin maraqlıdır.
- Məni favoritlərdən biri kimi görməsinə sadəcə sevinə bilərəm. Amma sonrakı fikirlə razı deyiləm. Mən bu vaxtadək neçə-neçə titullu, sayılıb-seçilən güləşçiləri udmuşam. Onların arasında dünya və Avropa çempionları, olimpiya medalçıları var. Amma yenə də ola bilsin ki, məşqçilər məndən daha artığını gözləyir. Çalışıb onların etimadını doğruldacağam.

- Millinin ən gənc üzvlərindənsən. Əslində, karyeran hələ qarşıdadır...
- Yaşa arxayın olmaq düz deyil, məncə. İstəklərinə nə qədər tez nail olmağa çalışsan, uğur da gələcək.

- Bu fikrindən də anlaşıldı ki, hazırda qeyri-olimpiya çəkisində çıxış etsən də, Paris-2024 Olimpiadasına iddialısan. 
- Bəli. Olimpiadaya getmək üçün var gücümlə mübarizə aparacağam.

- Sənə yaxın olimpiya çəkiləri 67 və 77 kiloqramdır. Hansı daha münasibdir?
- 67 kilo. Hər iki çəkidəki komanda yoldaşlarım - həm Həsrət, həm Sənan mənim xətrini çox istədiyim, qardaş kimi dəyər verdiyim insanlardır. Hansı ilə aramızda rəqabət olsa, bu ancaq sağlam rəqabət ola bilər.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da -RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X