15:53 06.11.2022 516

"Dünya yığmasını məğlub edəndən sonra İran bizim üçün təhlükəli deyil" - Açıqlama

"Dünya yığması ilə görüşdə qələbə gözlədiyimiz güləşçilər məğlub oldu. Əksinə, ehtiyat elədiklərimiz qələbə qazandı. Bu səbəbdən, İranla qarşılaşmadan əvvəl fikir bildirmək çətindir".

Bu sözləri Fanat.Az-a açıqlamasında bu gün Bakıda keçirilən Dünya Kubokunun finalında İran millisi ilə qarşılaşacaq Azərbaycan yunan-Roma güləşi millisinin məşqçisi Həsən Əliyev deyib. 

33 yaşlı sabiq dünya və Avropa çempionu həlledici görüş öncəsi yığmadakı əhval-ruhiyyədən danışıb: 

"Bu yarışda ən güclü rəqib Dünya yığması idi. Onları məğlub edəndən sonra İran bizim üçün təhlükəli rəqib deyil. Doğrudur, biz finalda Türkiyəni gözləyirdik. İran Türkiyəyə qalib gəlməklə güclü rəqib olduğunu göstərdi. Heyətləri tam olaraq "2 nömrə"lərdən ibarət deyil, bir neçə əsas heyət üzvü də Bakıya gəlib. 

Doğrusu, çəkilər üzrə öncədən fikir bildirmək istəmirəm. Dünya yığması ilə görüşdə qələbə gözlədiyimiz güləşçilər məğlub oldu. Əksinə, ehtiyat elədiklərimiz qələbə qazandı. O cümlədən İranla Türkiyə arasındakı görüşdə gözlənilməz nəticələr çox oldu. Orda da türklərin əsasən aşağı çəkilərdə üstün olacağı gözlənilirdi, amma əksinə oldu. Dünən məğlub olan idmançılarımız bu gün fərqli nəticə göstərə bilərlər. Bu səbəbdən, İranla qarşılaşmadan əvvəl fikir bildirmək çətindir.  Görüşə sadəcə qələbə üçün çıxacağıq. Yarışdan əvvəl də demişdik ki, bizi ancaq birincilik qane edə bilər".

Qeyd edək ki, Azərbaycan komandası B qrupunda dünya yığmasına qalib gəlib. Serbiya seçməsi koronavirusa kütləvi yoluxma ucbatından yarışa qatılmadığı üçün texniki məğlubiyyət alıb. İran kollektivi isə A qrupunda Türkiyə və Qırğızıstandan güclü olub.

Final görüşü saat 18:30-da başlayacaq. 

Sahib

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

Facebookdan bizi izləməyi unutmayın.
X