17:45 27.06.2015 181

İlham Zəkiyev: kədərli və şərəfli həyat yolu

12 iyun, «Bakı-2015» I Avropa Oyunlarının açılış mərasimi. Cüssəli məşəldar minlərin gözü önündə aramla irəliləyir, həyəcanı, sevinci üzündən bəlli... Bu, iki dəfə Paralimpiya oyunları çempionu, ikiqat dünya çempionu, beşqat Avropa çempionu, əməkdar idman ustası, «Şöhrət» ordeni və «Tərəqqi» medalının sahibi İlham Zəkiyevdir. «Rossiya 2» kanalının aparıcısı onu bu titullarsız, sadə şəkildə təqdim edir: «İlham Zəkiyev - Böyük insan».

Gözlərini döyüşdə itirsə də, yenilməyən, ölümə meydan oxuyan, idmanda böyük qələbələrə imza atan 35 yaşlı azərbaycanlı idmançı. Həmin gün stadionda yaşadıqlarını indi "Azadlıq Radiosu" ilə bölüşüb İlham Zəkiyev. Dünən "BAkı-2015"in qalibi olan paracüdoçumuzun həmin günlə və həyatı ilə bağlı müsahibəsini təqdim edirik:

- Həyəcan... Həyəcan varıydı. Həyəcan o söz deyil. Həyəcan da vardı, qürur hissi də, fəxr də varıydı. Bu missiyanı mənə - Allah cənab prezidentə, Mehriban xanıma kömək olsun – məhz mənə həvalə etdiklərinə görə, onlara minnətdaram. Çox həyəcanverici və qürurverici anlar idi. Mən üç olimpiya oyunlarında güləşmişəm, məndə belə həyəcan yox idi. Şükürlər olsun Allaha, o missiyanın öhdəsindən gəldik.


- Sizi bu qədər həyəcanlandıran nə idi?
- Missiyanın böyüklüyü, işin ciddiliyini mən çox gözəl anlayırdım. Azərbaycanı istəyən var, istəməyən də. Ani bir xəta, yanlış Azərbaycanın adına, imicinə xələl gələrdi. Çox ciddi hazırlaşmışdıq. Şükür olsun, öhdəsindən gəldik. Üç ay qabaq mənə demişdilər ki, məşəli mən yandıracağam, gecələr gizlicə məşq edirdik. Mənə tapşırılmışdı ki, məşəli daşımağım sirr qalsın. Heç evdə də deməmişdim. Çox gözəl sürpriz oldu mənim üçün, yaxınlarım üçün. Hamısı mənimlə fəxr etdi, hamısını ağlatdım, hamısının gözündə sevinc gözyaşı vardı.

- Sizinlə yanaşı, addımlayan idmançı Səid Quliyev daha çox həyəcanlı görünürdü elə bil.
- O, cavandır, gənclər arasında taekvando üzrə olimpiya çempionu olub, cəmi 20 yaşı var, ona görə daha həyəcanlı görünürdü, bəli.


- Sanki siz ona da dəstək dururdunuz...
- Hamı onu deyir. Cavandır, missiyanın böyüklüyünü başa düşürdü. Şükür, öhdəsindən də gəldik. Bu, bir tarixdir. Birinci Avropa Oyunlarında məşəli biz yandırdıq. Bu, elə-belə yerə İlham Zəkiyevə həvalə edilməyib. Onun vətən yolunda etdiyi işlərə görədir. Mən vətən uğrunda görmə qabiliyyətimi itirmişəm. 1999-cu il fevralın 4-də düşmən gülləsinə tuş gəlmişəm. Kəşfiyyatçıydım. Hərbi sahədə vətənə qulluğum yarımçıq qaldı... Bu gün vətənə qulluğu tatami üzərində davam etdirirəm və Azərbaycan bayrağı qalxanda, Azərbaycan himni səslənəndə, öz işimlə fəxr edirəm.

- Həmin döyüşdə snayper gülləsi sizin sol gicgahınızdan girib sağ gicgahınızdan çıxıb və beş gün komada qalmısınız deyəsən.
- Bəli, yaralandığıma görə beş gün komada qalmışam. Hətta həkimlər deyiblər ki, idmançı olduğuna görə ürəyi döyünür, üç günə, beş günə öləcək, hazırlığınızı görün. Beş gün sonra anam yanımda oturanda həkimdən soruşub ki, «icazə olar oğlumla danışım?». Anam çağırdı məni: «İlham, İlham», mən də onun səsinə cavab verdim. Anamın səsinə komadan ayıldım...Mənim ilk sözüm bu oldu: «Üşüyürəm, soyuqdur». Fevral idi, anam əynindəki jaketi çıxarıb sərdi üstümə. İsti çay verdi. Sonra yaddaşımı yoxladılar - «filankəs kimdir?», «filankəs sənin nəyindir?». Mən də deyirəm ki, «bu nə qəribə suallardır verirsiniz?». Dedilər ki, «şükür, yaddaşı yerindədir». Amma xəstəxanada bir nəfər vardı, yaddaşını itirmişdi. O oğlan qalmadı... Allah ona rəhmət etsin. Mən görmə qabiliyyətimi tamam itirdim və evimizə birinci qrup Qarabağ əlili kimi qayıtdım.


- Bununla barışmaq çətin olmadı ki?
- Çox çətin idi bu vəziyyətə alışmaq. Gənc oğlan, 19 yaşım tamam olmayıb. Bütün planlarım alt-üst oldu. Gənc oğlan nə planlaşdırır? Əsgərliyi qurtarım gəlim, instituta qəbul olun, yaxşı işə girim, ailə qurum, belə. Bütün planlar alt-üst olmuşdu... 2002-ci ildə mən müalicəmlə bağlı ovaxtkı idman naziri Əbülfəs Qarayevə müraciət etdim, vəziyyətimi İlham Əliyevə məruzə etdilər və məni Moskvaya göndərdilər. Düzdür, orda həkimlər ürəkaçan bir söz demədilər. Qayıtdıqda nazırlikdə şöbə müdiri Tağı Tağıyevdən (gözəl insandır) soruşdum ki, Paralimpiya oyunları haqda eşitmişəm, orda gözdən əlillər üçün güləş növü varmı? Yanımdaca Milli Olimpiya Komitəsinə zəng vurub maraqlandı. Üzümə baxıb gülə-gülə «Sənin alnına olimpiya çempionu olmaq yazılıb, get, sabahdan məşqlərə başla» dedi. Mənə məşq üçün şərait yaratdılar. Beş dəfə Avropa çempionu, iki dəfə dünya çempionuyam, Paralimpiya oyunlarından – Afinadan, Pekindən qızıl, Londondan bürünc medalla qayıtmışam. Bunun nəticəsidir ki, 2008-ci il ilin dekabrında cənab prezident məni «Şöhrət» ordeniylə təltif etdi, bu ordeni alan ilk paralimpiyaçıyam.


- Adama elə gəlir ki, sizi son illər ancaq uğur izləyir. Uğursuzluqdan, məğlubiyyətdən qorxmursunuz?
- İdmançı udar da, uduzar da. Mən məğlubiyyət də görmüşəm, qələbə də. Qalib bir tək Allahdır. Məğlubedilməz idmançı olmur. Hazırlaşırıq. Allah bütün idmançıları zədədən, travmadan qorusun. Qalan hər şey yerini alacaq.

- İyunun 26-da yenidən tatami üzərində yarışacaqsınız. Avropa Oyunlarının məşəlçisi bu oyunlarda medal qazana biləcəkmi?
- Hər gün məşq edirəm. Həyəcan var. Həyəcan varsa, məsuliyyət də var. Bizim üstünlüyümüz odur ki, doğma divarlar arasında mübarizə aparacağıq, azarkeşlər bizə dəstək olacaq, güc verəcək. Allah bütün azərbaycanlı idmançılara kömək olsun, içində də bizə. İyunun 26-da Silahlı Qüvvələr Günündə çalışacağam ali komandana bir medal hədiyyə edim. Həmin gün bizim sonbeşiyin – Həmzə balanın iki yaşı olur. Ona da bir medal hədiyyə edə bilsəm, yaxşı olar.


- Avropa Oyunları ərəfəsində də, indi də Azərbaycanla bağlı tənqidlər səslənir ki, ölkədə insan haqları pozulur, siyasi məhbuslar var, «onlar azad edilməlidir» kimi çağırışlar səslənir. Bir yandan da Azərbaycan Avropa Oyunlarına ev sahibliyi etdiyinə görə onu tərifləyənlər var. Bir idmançı, Azərbaycan bayrağını qaldıran, Oyunların məşəlçisi kimi siz nə düşünürsünüz bu deyilənlərlə bağlı?
- Mən idmançılarla danışıram. Dünyanın heç yerində idmançılara belə diqqət yoxdur. O ki qaldı, Avropa Oyunlarına çoxlu pul xərclənməsinə, bu pul Azərbaycanın gələcəyinə xərclənir. Bu komplekslərdən Azərbaycan gəncləri, idmançıları istifadə edəcək, nəyi pisdir? Əladır hər şey. Siyasətəsə biz qarışmırıq, hər kəs öz işiylə məşğul olsa, yaxşıdır.


Fanat.az
Oxşar xəbərlər

Xəbər lenti

12 İyul 2020
22:25

"Zenit"dən transfer bombası - SON DƏQİQƏ

19:12

"Arzum Zidanı və Ronaldunu klubumuzda görməkdi"

18:35

"Qəbələ": 66 oyun, 36 qələbə

18:20

"Sabah"da yeni təyinatlar - RƏSMİ

17:27

Ronaldinyo ev dustaqlığından çıxdımı? - SON DURUM

16:50

İsveç çempionu "Qarabağ"a rəqib ola bilər

15:57

"Zirə"legionerini yola saldı

14:35

"Qalatasaray"dan transfer bombası - Dünya ulduzu gəlir

13:48

Azərbaycanda sabiq klub prezidenti 270 min dollarlıq iddia qaldırıb - Hər ay 42833 dollar alacaq

13:05

Rus hakim Latviyada saxlanıldı - SƏBƏB

12:57

"Sumqayıt"da yeni müqavilə

12:33

Pyotr Yan UFC çempionluğunu belə qazandı - VİDEO

12:01

Rafael Ağayev: "Hələ şou-biznesə keçmək fikrim yoxdur"

11:52

Azərbaycanlı futbolçuların komandası uduzdu

11:50

Aygünün qızı ilə görüntüsü yayılan futbolçu sevgilisilə şəkil paylaşıb bu sözləri yazdı - FOTOLAR

11:45

Millimizin yeni məşqçisi: "Bu, bizim üçün yeni bir mərhələ olacaq"

11:26

Dabo “Neftçi”yə təşəkkür etmədi - FOTOFAKT

11:15

Gənc futbolçu qəzada öldü

09:00

Komandası qələbə qazandı, Nurlan isə...

08:20

Məşhur idman dərgisindən şok addım: İlk dəfə trans model... - FOTOLAR

01:48

La Liqa: "Barsa" və "Atletiko" tək qolla qazandı

01:30

A Seriyası: "Roma" səfərdə coşdu

01:00

Messi yeni rekord müəyyənləşdirdi

00:05

Türkiyə Superliqası: "Göztəpə" evdə uduzdu

11 İyul 2020
22:30

"Traktor" səfərdən xalla qayıtdı

22:19

Fırıldaqçılar məşhur baş məşqçidən 250 min aldılar

22:15

İngiltərə Premyer Liqası: "Çelsi"ni "kötəklədilər"

22:14

“Neftçi”nin transfer yalanı - Dario Frederiko düyünü

21:30

Yeni transfer "Çelsi"yə qoşuldu - FOTO

20:25

Premyer Liqa matçında poker etdi - Son 39 ildə ilk dəfə (VİDEO)

19:10

Premyer Liqanı tərk edən ilk klub bəlli oldu

18:46

"Neftçi"nin sabiq vitse-prezidenti vəfat etdi - Koronavirusdan

18:15

La Liqa: "Barselona" növbəti matçına çıxır

17:37

"Barselona" Braziliyadan 19 yaşlı oyunçu aldı

17:13

Halep avqustda İtaliyada korta çıxacağını təsdiqlədi

17:05

Azərbaycanlı karateçi: "Messi Allahın bəlasıdı"

16:57

Rafael Ağayev Rusiya millisindən təklif alıb

16:45

De Bröyne "Mançester Siti" ilə bağlı qərarını verdi

16:12

"Neftçi" Dabonun mükafatlarını Kiprə göndərir - FOTO

15:52

"Beş əvəzetmə" qaydasının müddəti uzadılır? - FIFA prezidentindən açıqlama

15:34

Bundesliqanın ən yaxşı 5 yarımmüdafiəçisi - VİDEO

14:52

Prezident seçilsə, Setyeni "Barselona"dan göndərəcək

14:25

Dünya çempionu vəfat etdi

13:57

Futbolçu klub işçisi ilə dalaşdı, xəstəxanalıq oldu

13:49

Canni De Byazi: "Azərbaycana pul üçün gəlmirəm"

13:35

Gürcü idmançıdan Şengeliyaya dəstək: "O, bizim bütün xərclərimizi qarşılamışdı"

12:54

Kontenin əvəzinə Alleqri - Şok iddia

12:02

"Çelsi"də ayrılıq - "Tottenhem"ə keçir

11:53

Forza azzerri!

11:31

Zidan: "Hakim penalti təyin edibsə, deməli, penalti var"

11:16

Millimizin yeni baş məşqçisinin daha 2 köməkçisi bilindi

10:45

"Real"da ciddi itki: Mövsümü "bağladı"

10:34

Canni De Byazinin Azərbaycana gəlişinə nazir kömək edəcək

10:30

"Mən heç onun kim olduğunu bilmirəm" - İbrahimoviç Ranqniki tanımır

09:49

De Byazidən gözlənilməz qərar: Alban futbolçunu millimizə gətirir

09:45

Kurtua yenə qol buraxmadı - Rekorda doğru

09:20

"Real" çempionluğa daha bir addım yaxınlaşdı - VİDEO

08:20

Olimpiya çempionu təqibçilərini belə coşdurdu - FOTO

10 İyul 2020
23:10

Türkiyə millisinin üzvü iş yerini dəyişdi

22:31

"Neftçi" Fəhmini qaytardı - RƏSMİ

21:20

"Barselona" Jordi Albanın əvəzedicisini tapdı - İngiltərədə

21:00

"Neftçi" legioneri ilə vidalaşdı - RƏSMİ

20:30

Bundesliqa bu tarixdə başlayacaq

19:20

"Real"ın futbolçusu La Liqada ayın oyunçusu seçildi

18:15

"Liverpul"un ulduzu üçün mövsüm bitdi

17:39

Qurban Qurbanov niyə əcnəbi qapıçı istəməyib? - SƏBƏB

17:31

Lempard və Sulşeri qabaqladı, Premyer Liqada ayın məşqçisi seçildi

17:15

Gürcüstan prezidenti Şengeliyanın TsSKA-ya keçidinə qarşı çıxdı: "Bu, qəbuledilməzdi"

17:00

AFFA millinin baş məşqçisi ilə bağlı qərarı rəsmən açıqladı

16:43

"Mançester Yunayted"in futbolçusu Premyer Liqada ayın oyunçusu seçildi

Facebookdan bizi izləməyi unutmayın.