09:38 13.05.2021 830

Millimizin Avropa çempionatı üçün heyəti açıqlandı

Mayın 19-da Xorvatiyanın Poreç şəhərində start götürəcək karate və para-karate üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Fanat.Az xəbər verir ki, beş gün davam edəcək yarışda Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirovun başçılıq etdiyi 23 idmançıdan ibarət heyət mübarizə aparacaq.

Fərdi kumite yarışlarında Firdovsi Fərzəliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Rafael Ağayev (75 kq), Pənah Abdullayev (84 kq) və Asiman Qurbanlı (+84 kq), həmçinin Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 (kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) çıxış edəcək.

Məşqçilər komanda yarışlarında Tural Ağalarzadə, Rafael Ağayev, Pənah Abdullayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Ayxan Mamayev və Turqut Həsənovdan ibarət heyətin tatamiyə çıxmasını məqbul sayıb. Qadınların komanda heyətində isə Nuranə Əliyeva, İlahə Qasımova, İrina Zaretska və Fəridə Əliyevanın çıxışı nəzərdə tutulsa da, fərdi yarışların nəticəsinə əsasən onlardan birini Fəridə Abiyeva əvəz edə bilər.

Kata üzrə fərdi yarışlara Roman Heydərov və Neda Rezai, komanda çıxışlarına isə Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət heyət qatılacaq.

Para-Karate çempionatında Eldar Əhmədov, Sahib Əhədov, Ülvi Zeynallı, Lazım Allahverdiyev və Emiliya Mitilinova çıxış edəcək.

Tokio Olimpiadasına lisenziya xalları verən Avropa çempionatında 47 ölkədən 513 karateçi, Para-karate çempionatında isə 15 dövlətdən 49 idmançı yarışacaq.

Qitə çempionatından əvvəl, 18 May tarixində Avropa Karate Federasiyasının (EKF) növbəti Konqresi keçiriləcək. Yığıncaqda beynəlxlaq təşkilatın rəhbər orqanları və idaredici komitələrinə seçkilər olacaq. EKF İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov konqresə qatılmaqla, rəsmi vəzifələrə namizdələrdən biri kimi seçkilərdə iştirak edəcək.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

30 May 2025
16:09

"Sabah"ın U-12 komandası "Rize Cup"da üç oyun keçirib

15:51

Çempion baş məşqçi ilə yeni müqavilə imzalandı

15:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:22

"Milan" Alleqriyə tapşırıldı - RƏSMİ

15:06

Frank De Blekere mövsümü dəyərləndirdi - "Məşqçilərə ucuz vərəqələr verilməsini istəmirəm"

14:49

"Real Madrid" yeni transferini açıqladı

14:33

"Araz-Naxçıvan" 2 yerli oyunçu ilə anlaşdı - RƏSMİ

14:16

Bakıda minifutbol tarixinin rekordu qeydə alındı

13:58

Sabiq klubu Sarrini geri qaytarır - İki illik müqavilə təklif etdi

13:39

Vaqif Cavadov "Kəpəz"ə keçəcək? - Özü açıqladı

13:20

Azərbaycan millisinin Avropa Gümüş Liqasındakı oyun cədvəli bilindi

13:03

Azərbaycan çövkən üzrə ilk Avropa çempionatında iştirak edəcək

12:45

Virts "Mançester Siti"yə keçməkdən niyə imtina edib?

12:27

Azərbaycan Kuboku: Final oyununun təyinatları açıqlandı

12:19

Azərbaycan Kuboku: "Qarabağ" və "Sabah"ın yubiley oyunu

11:59

"Neftçi"nin Müşahidə Şurasından Samir Abasova tam dəstək

11:43

Nunyes La Liqa nəhəngi ilə razılığa gəldi - SON DURUM

11:22

İki sabiq "Liverpul"lu Qvardiolanın köməkçisi olacaq

11:04

"Araz-Naxçıvan"da yeni müqavilə - RƏSMİ

10:45

Bundesliqa klubu yeni baş məşqçisinin adını açıqladı

10:20

"Milan" baş məşqçisiz qaldı - Əsas namizəd bəllidir

10:02

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:43

Millətlər Liqası: Milliliz Litva ilə üz-üzə

09:22

Kontenin "Napoli"dəki aqibətinə aydınlıq gəldi - RƏSMİ

09:00

Minifutbol: Azərbaycan millisi finala vəsiqə uğrunda matça çıxır

00:51

"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov

29 May 2025
23:49

"Şamaxı" Süleymanovu icarəyə götürdü - RƏSMİ

23:21

Yüksək Liqa: Gümüş və bürünc mükafatçılar bəlli oldular

22:55

DÇ: Yarımfinal mərhələsinin cütləri bilindi

22:20

"Barselona" Raşfordu bu futbolçularının biri ilə dəyişə bilər

21:55

"Əl-Nəsr"in idman direktoru Ronaldu ilə bağlı son vəziyyəti açıqladı - Gedir?

21:35

Minifutbol: Azərbaycan millisi yarımfinalda!

20:43

"İnter"in mükafatı evə gətirəcəyinə ümid edirəm"

20:12

DÇ: Monteneqro yarımfinala yüksəldi

19:53

"İnter" bizdən daha təcrübəli komandadır" - Luis Enrike

19:18

"İndiki futbolda estetikanı nəticədən daha vacib sayırlar" - Fabio Kannavaro

18:50

Region Liqasının finalçısı II Liqada

18:09

Azərbaycanın stolüstü tennisçiləri Daşkənddə medal qazandılar

17:53

Azərbaycan Kubokunun finalına satılan bilet sayı açıqlandı

17:36

Azərbaycanın tanınmış saytlarının rəhbəri Qazaxıstan futbolunda yüksək vəzifəyə təyin olundu

Facebookdan bizi izləməyi unutmayın.
X